Minlərlə israilli Netanyahuya qarşı aksiyalara başladı
Qeyd edilir ki, bu, ötən ilin payızından İsrail və HƏMAS arasında kəskin qarşıdurma başlayandan bəri Netanyahu hökumətinə qarşı keçirilən ən böyük nümayişlərdən biridiri. Minlərlə etirazçı Qüdsdəki Knesset binası qarşısındakı küçələrə çıxıb. Mitinqin dörd gün davam edəcəyi gözlənilir.
“Netanyahu HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumundan əvvəlki uğursuzluqlara görə məsuliyyəti öz üzərinə götürməkdən imtina edir. Bundan başqa o, Qəzza zolağında yaraqlılar tərəfindən saxlanılan girovların azad edilməsinə dair HƏMAS ilə razılığa gələ bilmədiyinə görə tənqid atəşinə tutulub.” – nəşr yazıb.
AzVision.az
Teqlər: İsrail