Fərid Qayıbov: "Sevindirici haldır ki, artıq Xankəndidə idman tədbirləri keçirə bilirik"

      Fərid Qayıbov:    "Sevindirici haldır ki, artıq Xankəndidə idman tədbirləri keçirə bilirik"
  04 Mart 2024    Oxunub:846
"Yarışda iştirak edən hər bir idmançını sonadək mübarizə apardığına görə təbrik edirəm".
AzVision.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Xankəndi–Bakı ultramarafonu ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Azərbaycan xalqını təbrik edib:

"İdman həftəsi çərçivəsində keçirilən çoxluq təşkil edir. Məqsədimiz insanları idmana səsləmək və onlarda maraq oyatmaqdır. Həftə ərzində tədbirlərimiz daha çox olub, nəinki il ərzində. Ölkəmiz artıq suverendir. Sevindirici haldır ki, artıq Xankəndidə idman tədbirləri keçiririk. Ötən il Azərbaycan Kuboku çərçivəsində MOİK – “Qarabağ” oyunu da Xankəndidə təşkil olundu. Ultramarafonda isə 60-dan çox idmançı yarışırdı. Meksikadan, Türkiyədən iştirakçılar dəvət etdik. Hamı sonadək mübarizə apara bilmədi. Bu da marafonun çətin olması ilə bağlı idi".

Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 kilometr məsafə qət ediblər. Marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edib.

AzVision.az


Teqlər: idman   Xankəndi   marafon  





Xəbər lenti