"Məktəblərdə imtahanlar azaldıla bilər" - Emin Əmrullayev

   "Məktəblərdə imtahanlar azaldıla bilər" -    Emin Əmrullayev
  29 Fevral 2024    Oxunub:748
Bu gün ümumi təhsil müəssisələrində imtahanların sayı çoxdur.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, hazırda imtahanların sayının azaldılması müzakirə mərhələsindədir.

Qeyd edək ki, 2019-cu ildə təhsil nazirinin qərarı ilə Azərbaycanda ümumtəhsil müəssisələrinin I siniflərində kiçik summativ qiymətləndirmə (KSQ) və böyük summativ qiymətləndirmə (BSQ) ləğv olunub. II-III siniflərdə isə böyük summativ qiymətləndirmə keçirilməyəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti