Bakı metrosu yeni vaqonlar alacaq

 Bakı metrosu yeni vaqonlar alacaq
  29 Fevral 2024    Oxunub:526
"Bakı şəhərindəki sərnişin sıxlığını metrosuz aradan qaldırmaq mümkün olmayacaq".
Azvision.az xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının üzvü Samir Məmmədov “Bakı Metropoliteni” QSC-nin yaranmasının 10-cu ildönümünə həsr olunmuş “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” adlanan konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, metro insanları qısa zamanda bir nöqtədən digərinə çatdırmalıdır.

"Metro müasir Bakının inkişafında mühüm rol oynayır. Metropolitenin prioritetləri dəyişdirilməlidir. Bununla bağlı layihələrə baxılıb və bir neçə inkişaf istiqaməti müəyyənləşdirilib. Yaxın gələcəkdə minimum ssenari ilə müəyyən istiqamətlərdə layihələndirməyə başlayacayıq".

S.Məmmədov ölkədə keçiriləcək COP-29 çərçivəsində metro üçün yeni vaqonların alınmasına da başlanıldığını qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti