"Gənc alimlərə evdənsə, yaxşı maaş vermək lazımdır" - Nazir
O bildirib ki, gənclərə səlahiyyət vermək daha önəmlidir: "Bizim məzunlarımız xaricdə təhsil alıb ölkəyə qayıtmağa başlayıblar. Amma geri qayıdıb nə edəcəklər? Hansısa texniki işi görməkdənsə, uyğun işlə təmin olunmalıdırlar. Gəncləri ön sıralara çəkməliyik və bundan qorxmamalıyıq".
Nazir həmçinin qeyd edib ki, bu gün Azərbaycanda elm sahəsinə ayrılan maliyyə çox azdır.
"Birdən-birə maliyyə ayrılmaqla da qısa müddətdə yaxşı nəticə əldə etmək çətindir. Bu il Elm və Təhsil Nazirliyinin tabeliyində olan universitetlərin inkişafı və reytinq məsələsində irəliləyişi üçün 8 milyon manat ayrılıb".
AzVision.az
Teqlər: