Salyanda yanmış qadın meyiti aşkarlandı

   Salyanda yanmış qadın meyiti aşkarlandı
  29 Fevral 2024    Oxunub:810
Salyan rayonunun Yenikənd kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bu barədə AzVision.az -a FHN-dən bildirilib.

Yanğının kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***
Salyan rayonunda yanğın hadisəsi baş verib.

AzVision.az xəbər verir ki, hadisə Yenikənd kəndində olub.

Baş vermiş hadisə nəticəsində fərdi yaşayış evi tamamilə yanıb. Hadisə zamanı ev sahibi Svetlana Zeynalovanın yanmış meyiti aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti