Xocalıda donvurmadan öldüyü güman edilən 2 yaşlı Kübra və xilaskarı - VİDEO
Əsəd bəy o qızı çox axtarsa da onunla görüşmək yalnız indi mümkün olur. Hər kəs həmin donmuş azyaşlı Kübra Mahmudovanı axtarırdı.
"Nənəmgil mənə danışırdı ki, səni ananın qoynundan qoparıb gətiriblər. Mənim həyatımı kimin xilas etdiyini bilməmişəm. Xocalı faciəsində atamı, anamı və 4 yaşlı bacımı itirmişəm. 3 bacı və bir qardaş qalmışıq. Fevralın 25-dən 26-a keçən gecə atam stolun üstünə nəzir qoyub ki, hamımız ölək, amma əsir düşməyək. Bacım deyir ki, anam kağız parçasına adlarımızı yazıb, qoynumuza qoymuşdu ki, bizi axtaranlar tapa bilsin. Məni də yaxınlarım elə tapmışdı.
Bacımın danışdığına görə, biz qabaqda anamla birlikdə idik. Çığırdılar ki, Telmanı vurdular, anam arxaya çönəndə güllə ona dəyib. Anam arxaya çönməsəydi güllə mənə dəyəcəkdi. Kaş belə olmayaydı, anam sağ qalardı, o güllə mənə dəyərdi. Anam kürəyindən məni açıb yerə qoyub. Durub anamı silkələmişəm ki, ana qorxuram dur gedək. Anamın qucağına girib, döşünü əmmişəm və bütün gecəni orada qalmışam. Ağdamda tibb bacısı mənim az da olsa nəfəsimin gəldiyini duyub. Su dəyəndə ayılmışam".
AzVision.az
Teqlər: