Lənkəranda avtomobil yanıb

   Lənkəranda avtomobil yanıb
  24 Fevral 2024    Oxunub:991
Lənkəran rayonunda minik maşını yanıb.
Hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.

2005-ci il təvəllüdlü Simran Kamran oğlu Rufullayevə məxsus "Mercedes–Benz G180" markalı nəqliyyat vasitəsinin mühərrik hissəsində qəfil yanğın baş verib.

Dərhal əraziyə FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb edilib. Görülən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: hadisə   yanğın  





Xəbər lenti