Gəncədə yeni idman sarayında yanğın: Zəhərlənənlər var

 Gəncədə yeni idman sarayında yanğın:  Zəhərlənənlər var
  24 Fevral 2024    Oxunub:792
Gəncə şəhərində yeni tikilən idman sarayında tüstülənmə baş verib.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

İdman sarayının damında tüstüləmə baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınıb.

Hadisə vaxtı 3 nəfər zəhərlənib. Zəhərlənənlər 1994-cü il təvəllüdlü Kamil Hüseynov, 1985-ci il təvəllüdlü Amid Babayev və 1992-ci il təvəllüdlü Binyamin Əlibəylidir.

AzVision.az


Teqlər: hadisə   yanğın   Gəncə  





Xəbər lenti