İcma Makrona cavab verib: Ermənidən çox ermənilik edir

   İcma Makrona cavab verib:    Ermənidən çox ermənilik edir
  22 Fevral 2024    Oxunub:879
Ermənistanın artıq özünün ictimai səviyyədə Qarabağ ermənilərinin qayıdışından bəhs etmədiyi bir vaxtda Fransa prezidenti Emmanuel Makronun bu haqda danışması ermənidən çox ermənilik etməkdir və gülüş doğurur.
AzVision.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. Qeyd olunub ki, qayıdış qarşılıqlı olmalı və Qərbi azərbaycanlıların da Ermənistandakı öz dədə-baba yurdlarına dönməsi təmin edilməlidir.

“Yanlış və cığal addımlarına görə Azərbaycan-Ermənistan arasında normallaşdırma proseslərindən tam olaraq uzaqlaşdırılmış səlibçi mentalitetli Fransanın bundan sonra ən doğru addımı yalnız və yalnız susmaq ola bilər”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan fevralın 21-də Fransaya işgüzar səfər edib. O, E.Makronla görüşüb. Fransa rəhbəri birgə mətbuat konfransında Azərbaycana qarşı və Ermənistanı birtərəfli qaydada müdafiə edən iddialar səsləndirib. E.Makron iddia edib ki, guya Qarabağ erməniləri bölgəni məcburi tərk edib. Hansı ki, onlar Ermənistana könüllü şəkildə gediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti