Narkotik çəkib avtomobil idarə etdilər

Narkotik çəkib avtomobil idarə etdilər
  22 Fevral 2024    Oxunub:1114
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücülər aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində xidmətdə olarkən "Vaz 2106" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dövlət nömrə nişanları olmadan idarə etdiyi üçün saxlanılıb.

Həmin nəqliyyat vasitəsini etibarnaməsiz, sürücülük hüququ olmadan idarə rayon sakini Ruslan Əliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən R.Əliyevin narkotik vasitədən istifadə etdiyi məlum olub.

Bundan əlavə, "Vaz 21063" markalı avtomobillə hərəkətdə olarkən Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılmış digər sürücü, rayon sakini Ruslan İbrahimovun da nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib.

Hər iki şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Əliyev 15 gün müddətində inzibati qaydada həbs edilib, R.İbrahimov barəsində isə digər inzibati tənbeh tədbiri seçilib.

AzVision.az



Teqlər:





Xəbər lenti