Bu idman növləri depressiyaya kömək edir

   Bu idman növləri depressiyaya kömək edir
  17 Fevral 2024    Oxunub:1310
Gəzinti və yoqa da daxil olmaqla fiziki fəaliyyət depressiya üçün faydalıdır, hərəkətin intensivliyi nə qədər yüksək olarsa, təsir də bir o qədər çox olar.
Bunu BMJ jurnalında dərc olunan araşdırma göstərib. Alimlər depressiyadan əziyyət çəkən 14 mindən çox insanın iştirak etdiyi 218 klinik sınaqdan əldə edilən məlumatları təhlil ediblər.
Gəzinti, qaçış, yoqa, güc məşqləri, aerobika, tay-çi və rəqs aydın şəkildə antidepresan təsiri göstərir. Psixoterapiya və ya antidepresanlarla birləşdirilən fəaliyyət xüsusilə təsirli olur.

Gəzinti və qaçış həm kişilər, həm də qadınlar üçün təsirli olsa da, güc məşqləri qadınlar üçün, yoqa və çiqonq isə kişilər üçün effektlidir.

Yoqa yaşlı insanlar üçün, güc məşqləri isə gənclər üçün daha yaxşıdır. Mövcud dəlillər depressiya üçün müalicə tövsiyələrinə fiziki fəaliyyəti daxil etmək üçün kifayətdir.


AzVision.az


Teqlər:





Xəbər lenti