Gürcüstan Azərbaycana nota verdi
“Söhbət deputatlardan gedir. Gürcüstanın Bakıdakı səfirliyi və Xarici İşlər Nazirliyinin (XİN) konsulluq departamenti məsələni öyrənməlidir. Bununla bağlı, konsul və vitse-konsul Azərbaycana gedib ki, yayılan söhbətlərin əsasını öyrənsinlər", - deyə Panjikidze vurğulayıb.
Qeyd edək ki, Gürcüstan deputatları İrma Nadiraşvili və Zurab Caparidzenin üstündə gömrük bəyannaməsinə salınmamış böyük məbləğdə pul olub. Ona görə də onları Bakı aeroportunda saxlamışdılar. Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze pulun təxminən 1 milyon dollar olduğunu demişdi.(Ans)