Yeni ildən əcnəbi imamlar Fransada işləyə bilməyəcəklər

Yeni ildən əcnəbi imamlar Fransada işləyə bilməyəcəklər
  30 Dekabr 2023    Oxunub:1225
Əcnəbi imamlar 2024-cü il aprelin 1-dən Fransada “öz səlahiyyətləri daxilində” işləyə bilməyəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə “France Presse” Fransanın daxili işlər naziri Cerald Darmaninin bir sıra ölkələrə məktubuna istinadən məlumat yayıb.

Qeyd olunur ki, yeni ilin yanvarın 1-dən Fransa yeni əcnəbi imamları qəbul etməyəcək, aprelin 1-dən isə ölkədə yerləşən bütün əcnəbi imamlar bu statusda öz fəaliyyətlərini qanuni şəkildə həyata keçirə bilməyəcəklər.

Təklif olunan tədbirlərin məqsədi əcnəbi imamların Fransada təbliğat aparmasının qarşısını almaq deyil, Fransada heç bir imamın başqa dövlətin işçisi olmaması və xüsusən də ondan pul mükafatı almamasıdır. Maraqlanan əcnəbi imamlar xarici ölkədə işləmək əvəzinə yerli dini qurumlarla əməkdaşlıq yolu ilə statuslarını dəyişməyə təşviq ediləcək.

Agentliyin məlumatına görə, Fransa ölkə daxilində təlim keçmiş imamların nisbətinin artırılmasına da diqqət yetirir.

AzVision.az


Teqlər:





Xəbər lenti