Baydenin 2023-cü ildəki səhvləri
"Monmouth universitetinin oktyabr ayında apardığı sorğuya görə, respondentlərin 76 faizi Baydenin daha bir müddət namizəd olmaq üçün çox qoca olduğunu düşünür;
Avqust ayında CNN-in keçirdiyi sorğuya görə isə, demokratlardan 67 faizi partiyadan başqasının namizəd olmasını istəyir,- nəşr yazır.
Köşə yazarı hesab edir ki, Baydenin prezidentliyə namizəd olmaq niyyəti onunla keçmiş prezident Donald Tramp arasında revanş qarşılaşmasına vadar edir. Jurnalist amerikalıların əksəriyyətinin belə seçkilərin keçirilməsini istəmədiyini vurğulayıb. Onun sözlərinə görə, hazırkı dövlət başçısının qərarı Trampın yenidən prezident olmaq şansını artırır.
Bundan əlavə, Tissen Baydenin 2023-cü ildəki ən pis addımı kimi Ukraynaya silah tədarükünün gecikməsini və ölkənin cənub sərhədindəki miqrasiya böhranı ilə bağlı davranışlarını göstərib.
Köşə yazarı ABŞ-ın Rusiyadan ilin sonuna qədər üç dəfə artıq uran almasını da diqqətdən kənarda qoymayıb. O, bu hərəkətlərin Vaşinqtonun Moskvadan asılılığını artırdığı qənaətindədir.
Jurnalist həmçinin məqaləsində yazıb ki, Bayden 2023-cü ildə “İrana cəzasız olaraq Amerika qüvvələrinə hücum etməyə icazə verib”. Bundan əlavə, o, kəşfiyyat məlumatları toplaya biləcəyi iddia edilən Çin şarının vurulması ilə bağlı hadisəni xatırladıb. Tissen prezidentin buna icazə verdiyini vurğulayıb.
Qəzetin köşə yazarı həmçinin Baydeni oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra ölkədə başlayan yəhudi əleyhinə etirazları nəzarətə götürə bilmədiyi üçün tənqid edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: