G7 liderləri yenidən toplanacaq: Rusiya aktivlərinə həbs qoyulacaq
Mənbələr ümid edir ki, G7 liderləri fevralın sonunda, Moskvan -Ukraynaya müharibəsinin ikinci ildönümü ətrafında görüşəcəkləri zaman daha sərt bəyanatla çıxış edəcəklər.
Qeyd edək ki, Birləşmiş Ştatlar Böyük Britaniya, Yaponiya və Kanadanın dəstəyi ilə G7 işçi qruplarına G7 liderləri üçün variantlar hazırlamağı təklif edib. Bununla yanaşı, agentlik mənbələri xəbərdarlıq edib ki, artıq fevral iclası zamanı aktivlərə həbs qoyulması ilə bağlı “faktiki açıqlama” gözləmək lazım deyil.
Mənbələrdən biri bildirib ki, yeni hüquq nəzəriyyəsi təcavüzkar ölkə ilə bağlı “çox spesifik şəraitdə” aktivlərə həbs qoyulmasına imkan verəcək.
“ABŞ Rusiyanın necə məsuliyyətə cəlb olunacağına dair hüquqi nəzəriyyə hazırlaya bildi. Bu, fikrimizcə, beynəlxalq məhkəmələrdə təsdiqlənəcək və qanuni sənəd kimi qəbul ediləcək”, - Reuters mənbəsi qeyd edib.
Hər iki məbə onu da deyib ki, hələlik heç bir qərar verilməyib və bəzi ölkələrin, xüsusən də ABŞ və İngiltərənin bu cür ələ keçirmələri həyata keçirmək üçün lazımi səlahiyyətləri yaratmaq üçün qanunvericilikdə dəyişikliklərə ehtiyacı var.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: