Avropa Parlamentində Ukraynanın Tallinndəki səfirliyi tənqid edildi

Avropa Parlamentində Ukraynanın Tallinndəki səfirliyi tənqid edildi
  29 Dekabr 2023    Oxunub:1153
Estoniyalı Avropa Parlamentinin deputatı Yaak Madison Ukraynanın Tallinndəki səfirliyinin Kiyevə müharibəyə yeni döyüşçü cəlb etməkdə kömək etmək təkliflərinə reaksiyasını tənqid edib.
O, ERR üçün yazdığı məqalədə fikirlərini bölüşüb. Parlamentari Ukrayna Silahlı Qüvvələrində kadr çatışmazlığı problemini həll etməyə çağırıb. Onun sözlərinə görə, noyabrın 14-nə olan məlumata görə, Estoniyada beynəlxalq himayə altına alınan 35 796 ukraynalı qaçqın olub.

Madison qeyd edib ki, onlardan təxminən 7 min nəfəri vətənlərini tərk etməli deyildilər. Belə ki, bu məlumatlar onu dekabrın 5-də Ukraynanın Estoniyadakı səfiri Maksim Kononenkoya məktub yazmağa vadar edib, orada mövcud vəziyyəti və real yardımın göstərilməsi imkanlarını müzakirə etməklə bağlı təşəbbüs irəli sürüb.

O, qeyd edib ki, variantlardan biri Kiyevin hərbi xidmətə yararlı ukraynalıların vətənlərinə qayıtmasına kömək etmək üçün Estoniyaya rəsmi müraciət təqdim etməsidir.

AzVision.az


Teqlər:





Xəbər lenti