Yerə yaxınlaşan şəhər ölçüsündə "Şeytan kometası" bu gün partlayacaq

 Yerə yaxınlaşan şəhər ölçüsündə  "Şeytan kometası"  bu gün partlayacaq
  29 Dekabr 2023    Oxunub:1859
Yerə doğru sürətlə irəliləyən şəhər ölçüsündə quyruqlu ulduz bu il bir neçə dəfə partlayıb. Elm adamları tez-tez baş verən partlayışların nümunəsini aşkar ediblər. Bu modelləşdirmənin yaradılmasının əsas səbəbi onun dünyaya göstərə biləcəyi “şok effektidir”.
Partlayışlar zamanı “buynuzları” çıxdığı üçün “şeytan quyruqlu ulduz” adlandırılan kosmik daş hər 15 gündən buz və qaz kütlələrini havaya püskürür. Sonuncu partlayış dekabrın 14-də baş verib. Növbətinin dekabrın 29 və ya 30-da olacağı gözlənilir.

Astronomlar müəyyən ediblər ki, rəsmi olaraq "Kometa 12P" kimi tanınan kosmik obyektin dövriyyəsi iki həftəlikdir və ona təsir edən günəşdən aldığı güclü istilikdir.

"12P/Pons-Brooks" vulkanik aktivlik nümayiş etdirən kriovolkanik və ya soyuq vulkan quyruqlu ulduzu kimi tanınır. Kriovolkanik kometa Yerə ərimiş qaya və lava vulkanı püskürtmək əvəzinə, qaz və buz qarışığı püskürür.

Kosmik qaya məşhur "Halley Comet"in ölçüsündədir və sonuncu dəfə 1954-cü ildə Yerdən adi gözlə müşahidə etmək mümkün olmuşdu. Quyruqlu ulduz 2024-cü ilin aprelində Yerə ən yaxın məsafədə olsa da, onu adi gözlə 2024-cü ilin may və iyun aylarında görmək mümkün olacaq. Onun ən parlaq forması 2024-cü il iyunun 2-də gecə səmasında müşahidə olunacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti