"Sertifikasiya nəticələri müəllimlərin karyera inkişafında təsirli olacaq" - Nazir

   "Sertifikasiya nəticələri müəllimlərin karyera inkişafında təsirli olacaq" -    Nazir
  28 Dekabr 2023    Oxunub:1338
2026-ci ilə qədər respublikada 130 minə yaxın müəllimin sertifikasiyadan keçməsini planlaşdırırıq.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-yə ilin yekunlarına dair müsahibəsində deyib. O qeyd edib ki, sertifikasiya bitdikdən sonra əldə olunan məlumatlardan iki istiqamətdə istifadə olunacaq.

"Biri müəllimlərin rəğbətləndirilməsi və vəzifədə irəli çəkilməsi üçündür. Ayrı-ayrı fəxri adların verilməsi, müqavilələrin uzadılması, vəzifədə irəli gedilməsində bu məlumatlardan istifadə ediləcək. Məsələn, məktəb direktorları yuxarı bal toplamış müəllimlər arasından seçiləcək. Bu proses tədricən həyata keçiriləcək. İkinci istiqamət müəllimlərə dəstək vasitəsilə metodik xidmətin qurulmasıdır. Yuxarı bal toplamış müəllimlərimizin növbəti mərhələdə baş müəllim, mentor, metodist və ya başqa adlarla karyerasını inkişaf etdirməsidir. Bu, müzakirə olunur. Düşünürəm ki, fərqləndirmə önəmlidir".

Nazir qeyd edib ki, bu gün üçün önəmli, qarşıda duran vəzifələrdən biri müəllimlərin məktəbə bağlı tam ştata tədricən keçməsidir.
"Azərbaycanda 4 müəllimdən birinin orta həftəlik dərs yükü orta hesabla 7 saatdır. Bu davamlı iş yeri deyil və müəllim əmək haqqısını aşağı salır".

AzVision.az


Teqlər:





Xəbər lenti