Son 5 ildə 1,1 milyondan çox vətəndaşa məşğulluq sahəsində xidmət göstərilib

Nazir bildirib ki, onların 478 min nəfəri münasib işlə təmin olunub, 76 min ailə üçün özünüməşğulluq proqramları yaradılıb. “Bu proqramlar çərçivəsində onlar mikro və kiçik biznes qurmaq üçün imkanları təmin olunub. 598 min nəfərə peşəyönümlü xidmət, 22 min nəfərin peşə hazırlığı təmin edilib, 131 min nəfər ödənişli ictimai işlərə cəlb olunub. Eyni zamanda, nisbətən yeni proqram olan, təqribən 3 min nəfəri əhatə edən əməkhaqqının birgə maliyyələşməsi proqramına başlamışıq”, - deyə S.Babayev əlavə edib.
AzVision.az
Teqlər: