Son 5 ildə Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb
Nazir bildirib ki, qeyd edilən dövrdə orta əməkhaqqı 80 %-dək, median əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu isə 2,7 dəfə artıb.
"Azərbaycan dövlətinin siyasətində məşğulluq ana xəttdir. Məşğulluq təmin edilmədən ölkə iqtisadiyyatı inkişaf edə, əhalinin rifahı təmin oluna bilməz. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən islahatlara, müxtəlif tədbirlərə, qəbul edilən proqramlara nəzər saldıqda bütün tədbirlərin əhalinin rifahına, onun həyat şəraitinin daha da yaxşılaşdırılmasına, o cümlədən məşğulluğun genişləndirilməsinə yönəlib", - deyə S. Babayev qeyd edib.
AzVision.az
Teqlər: