Zatulin erməni separatçılar üçün darıxır: "Dostlarımdan narahatam"

      Zatulin erməni separatçılar üçün darıxır:   "Dostlarımdan narahatam"
  28 Dekabr 2023    Oxunub:1648
Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin bildirib ki, Azərbaycanda həbs edilmiş keçmiş qondarma rejimin hərbi-siyasi rəhbərliyinin nümayəndələrinin taleyi onu çox narahat edir.
Siyasətçi özünün teleqram kanalında açıq məktub dərc edib və qeyd edib ki, ötən il Ermənistan və Rusiya, iki xalq və tarixi bağlar üçün çətin sınaq olub.

"Bilirsiniz ki, Rusiya Ukraynada və Ukrayna uğrunda bütün Qərblə birlikdə vuruşur. Biz Ginnesin Kitabına düşmüşük: Rusiya Federasiyasına 17500 vicdansız sanksiyalar tətbiq edilib. Erməni xalqı öz "mən"inin əziz bir hissəsini - Artsaxı(Azərbaycan Respublikasının Qarabağ bölgəsi) itirib.

Dostlarım Arkadi Qukasyanın, Bako Saakyanın və onların bütün yoldaşlarının taleyi bizi rahat buraxmır”, – deputat yazıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti