İsrail nümayəndə heyəti Qahirəyə getdi
Bundan əvvəl Misirin İsrail və HƏMAS arasında müharibəyə son qoymaq üçün üç mərhələli plan təklif etdiyi bildirilirdi. Buraya atəşkəs, girovların azad edilməsi və Fələstin hökumətinin yaradılması daxildir.
Nəşrin yazdığına görə, İsrail nümayəndə heyətinin tərkibinə “hökumətin məhbuslar və itkin düşmüş şəxslərlə bağlı işlərinə məsul şəxslər” daxildir.
Qəzet qeyd edir ki, Misirin təklifi HƏMAS tərəfindən “qəti şəkildə rədd edilməyib”. Nəşrin mənbələrinə görə, atəşkəs məsələsi hazırda dondurulub və İsrail tərəfinin “yeni mövqe” ehtiva edən cavabı gözlənilir. İsrail nümayəndə heyətinin Qahirəyə səfərinin təfərrüatları hərbi kabinetin iclasında müzakirə olunacaq.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: