Professor İsmayıl Sadıqov vəfat edib
İsmayıl Sadıqov 1970-ci ildə Moskva İnşaat Mühəndisləri İnstitutunda namizədlik, 1984-cü ilin dekabrında isə inşaat mexanikası ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib, 1985-ci ildə texnika elmləri doktoru alimlik dərəcəsi alıb.
O, 1994-cü ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Moskva şəhərində) müxbir üzvü, 2006-cı ildən Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü olub.
Vəfatına qədər professor İsmayıl Sadıqov AzMİU-nun Mexanika kafedrasının müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2005-ci ildə 3-cü dərəcə, 2010-cu ildə isə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə, 2006-cı ilin iyun ayında “Əməkdar dövlət qulluqçusu” fəxri adına layiq görülüb, 2011-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
AzVision.az
Teqlər: