Yaxın günlərdə Hadrut və Tuğ kəndlərində torpaq işlərinə başlanacaq

   Yaxın günlərdə Hadrut və Tuğ kəndlərində torpaq işlərinə başlanacaq
  13 Dekabr 2023    Oxunub:880
Hazırda Xocavəndin Hadrut və Tuğ kəndlərində layihələndirmə prosesi gedir və yaxın günlərdə torpaq işlərinə başlanacaq.
AzVision.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfrans çərçivəsində keçirilən "Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri" mövzusunda paneldə deyib.

O bildirib ki, növbəti mərhələdə kommunikasiya xətlərinin qurulması, evlərin inşası həyata keçiriləcək: "Tərtərin Talış və Suvqovşan kəndlərində də işlər davam etdirilir. Talış kəndində 20 fərdi ev bərpa olunub və ailələr köçürülüb. İkinci fazada isə 158 fərdi evin inşası nəzərdə tutulub. Suqovuşan qəsəbəsində isə 5 ədəd beşmərtəbəli yaşayış binasının inşasına başlanıb və gələn ilin yay aylarına istifadəyə veriləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti