Türkiyə Türkmənistan qazının dünya bazarlarına çıxarılması üzərində işləməyə hazırdır

Türkiyə Türkmənistan qazının dünya bazarlarına çıxarılması üzərində işləməyə hazırdır
  06 Dekabr 2023    Oxunub:1073
“Türkiyə enerji sektorunda Türkmənistanla tərəfdaşlığının səmərəliliyinə inanır və bu ölkənin təbii qazını, elektrik enerjisini dünya bazarlarına çıxarmaq üçün birgə işləməyə hazırdır”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Aşqabadda keçirilən “Türkiyə-Türkmənistan İş Forumu”nda deyib.

C.Yılmaz xatırladıb ki, Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada dördüncü yerdədir: “İstər Türkmənistanın təbii qazını, istərsə də elektrik enerjisini dünya bazarlarına çıxarmaq üçün böyük layihələr həyata keçirməyə hazırıq. Əldə etdiyimiz razılaşmalar göstərir ki, bu sahədə tərəfdaşlığın böyük perspektivləri var”.

O qeyd edib ki, Türkiyəyə qayıtdıqdan sonra ölkənin Energetika Nazirliyi ilə birlikdə bu istiqamətdə mühüm addımların atılması üçün bütün müvafiq strukturları fəaliyyətə cəlb edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti