Qəzza zolağında BMT-nin 88 əməkdaşı ölüb
***
Oktyabrın 7-dən bu günə qədər BMT-nin Qəzza zolağında ümumilikdə 79 əməkdaşı həlak olub, ən azı 24 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə dünya təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) məlumat verilib. Bildirilib ki, son iki gündə UNRWA-nın beş əməkdaşı ölüb.
“Qəzzalıların əksəriyyəti kimi bizim əməkdaşlarımız da qohumlarını, dostlarını, qonşularını itirib, ailələri ilə birlikdə didərgin düşüblər. Bununla belə, onlar humanitar yardım göstərmək üçün yorulmadan çalışmaqda davam edirlər”, – açıqlamada qeyd edilib.
AzVision.az
Teqlər: