Tramp Milli Təhlükəsizlik Şurasında onlarla məmuru işdən çıxarıb

Tramp Milli Təhlükəsizlik Şurasında onlarla məmuru işdən çıxarıb
  23 Yanvar 2025    Oxunub:334
ABŞ-nin Milli Təhlükəsizlik Şurası Ukrayna, İran və Şimali Koreya üzrə işlərə cavabdeh olan 160 əməkdaşını işdən azad edib.
AzVision.az xəbər verir ki, “Washington Post (WP)” nəşrinin yaydığı məlumata görə, onlara yalnız rəhbərləri tərəfindən xahiş edildiyi təqdirdə geri qayıtmaq tapşırılıb. Qərar o qədər qəfil olub ki, bəzi məmurların döş nişanları fəaliyyətini dayandırdığı üçün Ağ Ev kompleksini fiziki tərk etmələrini əngəlləyib.

Nəticədə Məxfi Xidmət zabitləri nişanları ləğv edilmiş şəxslər üçün qapıları əllə açmağa məcbur olublar. Prezident Donald Trampın administrasiyası bu yolla Ağ Ev işçilərinin yeni rəhbərin gündəliyinə sadiq qalmasını təmin etmək istəyir.

Qeyd edək ki, hazırda ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri vəzifəsini Mayk Uolts tutur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Uolts   əməkdaşlar  





Xəbər lenti