Günəşdəki qara plazmanın səbəbi açıqlanıb
“Bu plazmanın atılması nəticəsində heç kim zərər görmədi və görməyəcək. Günəşdən atılan maddə onun öz fotosferasına qayıdıb və əslində heç yerə uçmayacaq, heç kəsi təhdid etməyəcək. Müvafiq şəkildə, maqnit fırtınalarına və ya hər hansı digər narahatlıqlara səbəb olmamalıdır”, - Vladimir Naumov deyib.
Astronom vurğulayıb ki, Yerin maqnit sahəsi bəşəriyyəti günəş aktivliyinin təsirindən və digər nəticələrindən qorumaq üçün kifayət qədər güclüdür.
Qeyd edək ki, dünən Rusiyanın Kosmik Tədqiqatlar İnstitutunun və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiya laboratoriyası Günəşdə nadir bir fenomenin - üç saat davam edən qara plazma emissiyasının qeydə alındığını bildirib. Mütəxəssislər bu fenomenin gözəl göründüyünü və eyni zamanda “bir qədər ürpəşdirici” olduğunu qeyd ediblər.
Həmin gün Günəşdə 40 dəqiqə davam edən yeni güclü işıqlanmanın qeydə alındığı, həmçinin, proqnozlara əsasən, Günəşdə X tipli işıqlanmaların mümkün olacağı bildirilib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Günəş partlayış plazma