Abdullahiyan və Ceyms Kleverli arasında telefon danışığı olub
“İstənilən yanaşmada bilinməlidir ki, Fələstin böhranının kökü İsrail rejiminin işğalına gedib çıxır. Beynəlxalq hüquq baxımından işğal altında olan ölkənin xalqının qanuni müdafiə hüququ var. Həmçinin beynəlxalq hüququn prinsipləri çərçivəsində hər bir müharibədə mütənasiblik prinsipi də nəzərə alınmalıdır. İsrail rejiminin Qəzzada soyqırımı dərhal dayandırılmalı və Qəzzaya humanitar yardımlar geniş şəkildə çatdırılmalıdır”, - Abdullahiyan deyib.
İranın Xarici İşlər naziri, həmçinin qarşılıqlı hörməti vurğulayaraq, Tehranla London arasında əməkdaşlıq yolunda münasib variant kimi diplomatiya və dialoqa diqqət yetirməyin, əsassız ittihamlardan yayınmağın vacibliyini vurğulayıb.
Fələstində baş verən hadisələrlə bağlı ölkəsinin mövqeyinə və London-Tehran münasibətlərinin ləngidiyini toxunan Böyük Britaniyanın Xarici İşlər naziri, İranı bölgədə müharibənin yayılmasının qarşısını almaq üçün səy göstərməyə çağırıb.
Ceyms Kleverli iki ölkə arasında diplomatik konvensiyalar çərçivəsində əməkdaşlıq prosesini vacib amil kimi qiymətləndirib.
AzVision.az