BMT İrana tələb - “Əxlaq patrulu”u ləğv olunsun
Qurum İranın məcburi hicab taxmamağı cinayət sayan qanun və siyasəti yenidən nəzərdən keçirməli və ya ləğv etməli, həmçinin, “Əxlaq patrulu” xidmətinin də ləğv etməli olduğunu vurğulayıb. İranın Cenevrədəki nümayəndəsi hələlik İnsan Haqları komitəsinin tələbinə cavab verməyib.
Məhsa Əmininin ölümündən sonra “Əxlaq patrulu” İranın küçələrindən yığışdırıldı. Lakin etirazların səngiməsindən sonra polis və yarımhərbi qüvvələr qadınlara məcburi hicabı xatırlatmaq və təşviq üçün müxtəlif formalarda, o cümlədən mülki geyim formasında küçələrə qayıtdılar.
AzVision.az