Azərbaycanın və Ermənistanın baş nazirləri Əli Əsədovla Nikol Paşinyan arasında Tbilisi yaxınlığındakı Muxranidə görüş keçirilib. Görüş Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvilinin vasitəçiliyi ilə baş tutub.
Danışıqların təfərrüatları açıqlanmayıb. Bununla belə, Gürcüstanın “İmedi” telekanalının məlumatına görə, üç baş nazirin görüşü bir neçə saat davam edib.