“Amnesty İnternational”: Tehran bəluclara qarşı zorakılığı dayandırmalıdır
Bundan əvvəl insan haqları mediası oktyabrın 20-də cümə günü Zahidan etirazlarında 33 uşaq da daxil olmaqla həbs edilmiş 112 vətəndaşın adını açıqlamışdı.
“Ötən cümə günü təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və su şırnaqlarından qeyri-qanuni istifadəyə əl ataraq, etirazçıları şiddətli döyülməyə, əsassız kütləvi həbslərə və digər işgəncələrə, qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar. Dəlillər minlərlə dinc ibadət edənlərə və etirazçılara, o cümlədən 10 yaşından kiçik uşaqlara qarşı zorakılıq və vəhşiliyin qaranlıq mənzərəsini göz önünə sərir. Hakimiyyət Zahidanda həftəlik bəluc etirazçılarının toplanmasının qarşısını almaq üçün qəddar repressiyaları gücləndirib”, bəyantda deyilir.
Beynəlxalq Amnistiya təşkilatı vurğulayıb ki, dünya ölkələri dərhal İran hakimiyyətindən dinc nümayişçilərə qarşı zorakılığı və məhbuslara işgəncə verməyi dayandırmağı, uşaqları və sadəcə öz hüquqlarını dinc şəkildə həyata keçirmək üçün saxlanılan bütün digər şəxsləri azad buraxmağı tələb etməlidir.
AzVision.az