Ermənistanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı
“Oktyabrın 25- də Ermənistanın müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Onun diqqəti erməni xalqının təhlükəsizliyi naminə həyatlarını riskə atan və qurban verən Rusiya rəhbərliyinə, rus diplomatlarına və sülhməramlılarına yönəlmiş mənfur nəşrlərə yönəlib ”, - Zaxarova vurğulayıb.
Onun sözlərinə görə, erməni diplomata “respublikanın informasiya məkanında , o cümlədən ictimai televiziya, hökumətin nəzarətində olan KİV və Telegram kanallarında davam edən anti-Rusiya kampaniyasının qəbuledilməzliyi” qeyd edilib.
“Əminəm ki, erməni tərəfi nədən danışdığımızı başa düşür. Mən təkcə müvafiq materialların təqdim olunduğu müvəqqəti işlər vəkilini deyil, həm də geniş ictimaiyyəti nəzərdə tuturam", - Zaxarova bildirib”, -Rusiya XİN sözçüsü vurğulayıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: