İrəvan Paşinyana görə Rusiyaya nota verdi
“Proqram zamanı Ermənistanın yüksək rütbəli rəsmilərinə qarşı təhqiramiz və tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib. Görüş zamanı səfirə müvafiq etiraz notası verilib”, - XİN-in bəyanatında deyilir.
Qeyd edək ki, veriliş zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı xoşagəlməz ifadələr səsləndirilib. Verilişdə “Ana Ermənistan” müxalifət blokunun rəhbəri Andranik Tevanyan da iştirak edib.
AzVision.az
Teqlər: Ermənistan Rusiya Səfir