Çində dəmir yolu ilə rekord sayda sərnişin daşınıb

Çində dəmir yolu ilə rekord sayda sərnişin daşınıb
  30 Sentyabr 2023    Oxunub:866
Çin Milli Dəmir Yolları Qrupu (China National Railway Group) sentyabrın 29-da 20,098 milyon sərnişin daşımaqla milli sərnişindaşıma rekordunu yeniləyib.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

“Tarixdə ilk dəfə bir gündə dəmir yolu ilə daşınan sərnişinlərin sayı 20 milyon nəfəri ötüb”, - məlumatda bildirilir.

Qeyd edək ki, cümə günü Çində Payız Ortası Bayramı qeyd edilirdi və bundan dərhal sonra ölkədə Çin Xalq Respublikasının Quruluşu Günü (1 oktyabr) münasibətilə bir həftəlik istirahət başlayır. Adətən, bu bayram günləri nəqliyyat şəbəkələrində yüklənmə ilə müşayiət olunur.

AzVision.az



Teqlər: Çin   DəmirYolu  





Xəbər lenti