Rəisi kürd müxalifətinin tərksilah olunmasının araşdırılmasını tələb edib
“İraqda silahlı qrupların tərksilah edilməsi müsbət haldır və Silahlı qüvvələrin Baş qərargahı bu məsələni araşdırmaq üçün qruplar göndərməlidir. Biz heç bir silahlı qruplaşmanın İran sərhədləri yaxınlığında, istər bölgə daxilində, istərsə də başqa yerlərdə fəaliyyət göstərməsinə icazə vermirik və İran sərhədləri ətrafında qeyri-qanuni silahlı qrupların tərksilah olunmasını təmin etmək vacibdir”, - Rəisi deyib.
Tehran dəfələrlə İraqa və Şimali İraq Kürdüstan muxtariyyətinə İran kürd silahlı birləşmələrinin mövcudluğundan və dəfələrlə həmin qüvvələrlə toqquşmasından şikayət edib.
Bir neçə gün əvvəl İraqın Xarici İşlər naziri Fuad Hüseyn Tehrana səfəri zamanı ölkəsinin Bağdad və Tehran arasında təhlükəsizlik razılaşması çərçivəsində İraq Kürdüstanı bölgəsinin İranla sərhədlərindən kürd qruplarını uzaq düşərgələrə köçürməyə başladığını bildirib.
AzVision.az