Ermənistanda koronavirusun yeni növü aşkarlandı

Hazırda yoluxmalar koronavirusun Omicron BA.2.86 (Pirola) və EG.5 (Eris) növləridir.
Bu günlərdə isə Ermənistanda koronavirusun yeni növü olan XBB.2.3 - "akrux"(Omicronun (BA.2.10.1 və BA.2.75) rekombinasiyasıdır-red.) aşkar edilib. Bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, sentyabrın 12-nə olan məlumata görə, son 7 gün ərzində ölkədə 71 nəfər COVID-19-a yoluxub ki, bu da əvvəlki həftə ilə müqayisədə xeyli çoxdur.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan