Mali “Air France”ın uçuş lisenziyasını ləğv etdi

Mali “Air France”ın uçuş lisenziyasını ləğv etdi
  12 Avqust 2023    Oxunub:1169
Mali hakimiyyəti Fransanın “Air France” aviaşirkətinin respublikaya bütün uçuşları müvəqqəti olaraq ləğv etmək qərarına cavab olaraq şirkətin ölkəyə uçuş icazəsini geri götürüb.
Bu barədə Malinin Dövlət Mülki Aviasiya Agentliyi məlumat yayıb. “Uçuş cədvəlinin yerinə yetirilməməsi səbəbindən uçuşların həyata keçirilməsinə icazə ləğv edilib”, - bəyanatda bildirilib.

Qeyd olunub ki, icazənin geri götürülməsi müvəqqəti xarakter daşıyır və oktyabr ayına qədər davam edəcək.

Xatırladaq ki, avqustun 7-də “Air France” Mali və Burkina Fasoya uçuşları dayandırıb. Bundan əlavə, aviadaşıyıcı hərbi qiyamçılar tərəfindən ölkənin hava məkanını bağladığı üçün Nigerə uçuşları ləğv edib.

AzVision.az


Teqlər:





Xəbər lenti