Nigerin paytaxtında yüzlərlə insan dua etmək üçün toplaşdı - VİDEO

Nigerin paytaxtında yüzlərlə insan dua etmək üçün toplaşdı -  VİDEO
  11 Avqust 2023    Oxunub:1925
Nigerin paytaxtı Niameydə yüzlərlə sakin Qəzzafi adına məsciddə cümə namazına və sülh naminə xütbə oxumağa gəlib. Bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin məlumatına görə, orada Rusiya bayraqları gəzdirən şəxslər də görünüb.

Bundan əvvəl BMT-nin İnsan Haqları İdarəsinin rəhbəri Volker Türk Niger prezidenti Məhəmməd Bazumun üsyançılar tərəfindən qalada saxlanma şəraitinin onun narahatlığına səbəb olduğunu bildirib.

Xatırladaq ki, hərbi qiyamçılar iyulun 26-da Niger prezidenti Məhəmməd Bazumu girov götürüblər və bir neçə saat sonra onun devrildiyini, həmçinin sərhədlərin bağlandığını və komendant saatı tətbiq olunduğunu elan ediblər.



AzVision.az


Teqlər: Niger  





Xəbər lenti