ÜST: "Ölkələr epidemioloji nəzarəti gücləndirməlidir"
“Epidemioloji nəzarətin aparılması vacibdir. Ölkələr nəzarəti və hesabatları xeyli azaldıb. Baş verənlərlə bağlı tam təsəvvür əldə etməsəniz, tam cavab vermək mümkün olmayacaq".
O bildirib ki, ÜST ölkələri daha çox müşahidələr aparmağa və monitorinqin nəticələri barədə daha çox məlumat verməyə təşviq edir.
Daha əvvəl ÜST bildirmişdi ki, bir ay ərzində dünyada koronavirusa yoluxanların sayı iki dəfə - 80% artıb. Təşkilatın məlumatına görə, iyulun 10-dan avqustun 6-dək infeksiyaya yoluxanların sayı təxminən 1,5 milyon, ölənlərin sayı isə 2,5 min nəfər təşkil edib. Təşkilat EG.5-in bütün dünyada sürətlə yayıldığını bildirib.
Aytən Zəhra
AzVision.az
Teqlər: