"Kurskda 2 PUA vurmuşuq" - Qubernator
"Dünən saat 23:00 radələrində hava hücumundan müdafiə qüvvələri Kurska gedən iki Ukrayna PUA-sını vurub. Müdafiə və peşəkarlıqlarına görə əsgərlərimizə təşəkkür edirik!", - Starovoit yazıb.
Qeyd edək ki, bundan əvvəl Roman Starovoit Kursk vilayətinin Rılski rayonunda Ukraynaya məxsus pilotsuz təyyarənin vurulduğunu bildirmişdi. Ümumiyyətlə isə son vaxtlar paytaxt Moskvadan tutmuş bir sıra Rusiya şəhərlərinə olan PUA hücumlarının sayı artıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: PUA