IV qrup üzrə yüksək nəticə göstərən Fəxri: "Almaniyada oxumaq istəyirəm"

   IV qrup üzrə yüksək nəticə göstərən Fəxri:    "Almaniyada oxumaq istəyirəm"
  04 Avqust 2023    Oxunub:2002
I və IV ixtisas qrupları üzrə iyulun 22-23-də keçirilən qəbul imtahanlarının nəticələri elan edilib. Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) Sumqayıt şəhər 11 saylı orta məktəbinin məzunu Fəxri Həsənzadə göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə də həmin abituriyentə məxsusdur. O, imtahanın birinci mərhələsində isə 285.7 bal toplayıb. Beləliklə, IV ixtisas qrupu üzrə ən yüksək nəticə 678.2 baldır.
Qəbul imtahanlarının nəticələri açıqlandı
AzVision.az -a müsahibə verən Fəxri Həsənzadə heç bir olimpiadada iştirak etməsə 11 illik təhsilini yüksək nəticələrlə başa vurub və qırmızı attestata layiq görülüb.

"Yüksək nəticə toplayacağıma əmin idim və ən əsas ailəm mənə inanırdı. İki il repetitor yanında hazırlaşmışam. Əgər xaricdə təhsil üzrə təqaüd qazansam, başqa ölkədə oxuyacam. Amma hazırda sənədlərimi Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsinə verəcəm. Sonra isə təhsilimi Almaniyada davam etdirəcəm".

Fəxri ilk xəbəri ailəsi ilə paylaşıb: "Daha sonra sinif rəhbərimə bu barədə məlumat verdim".

Fəxri Həsənzadə birinci turda 646 bal toplayıb. İkinci bloka isə daha da hazırlaşaraq nəticəsini yaxşılaşdırdığını əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Tələbə  





Xəbər lenti