BMT: "Tətillər İranın su və elektrik enerjisi problemini həll etməyəcək"
“İranın qaz iflasının kökləri onun su iflasının köklərinə çox bənzəyir, lakin su və enerji sektorlarında çox mühüm fərq var. İranın su ehtiyatları təbii olaraq aşağıdır. Amma İran dünyada ən böyük qaz ehtiyatlarına malik olan ölkələrdən biridir. Bu mühüm fərq bizə bir daha sübut edir ki, ilkin kapitalın miqdarından asılı olmayaraq, biznesmen ticarəti bilməsə, gec-tez bütün kapitalı havaya uçuracaq və müflisləşəcək”, - Mədəni deyib.
Qeyd edək ki, ötən illər ərzində İran hökuməti elektrik enerjisi istehsalının artırılması üzrə planlaşdırdığı layihələri həyata keçirə bilməyib. Energetika nazirliyinin cari ilin birinci rübünün statistikası da göstərir ki, bu ilin yazında 2023-cü il üzrə elektrik enerjisi istehsalının artım planı cəmi 5%-i yerinə yetirilib və belə tendensiya xüsusilə yay aylarında elektrik enerjisi qıtlığına səbəb olub.
AzVision.az