“Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi”

“Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi”
  31 İyul 2023    Oxunub:861
Bakıda və bir sıra rayonlarda dəniz sahilinin, çay, göl və su anbarlarının tullantılar və brakonyerliklə bağlı monitorinqi aparılacaq.
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır.
Layihə çərçivəsində “ekosular.az” saytının ingilisdilli versiyası istifadəyə verilib. Bundan başqa, saytın rusdilli versiyasının da istifadəyə verilməsi, saytda su hövzələri ilə bağlı üç dildə maarifləndirici və məlumatlandırıcı yazıların yerləşdirilməsi, Bakıda, Xaçmazda, Neftçalada, Lənkəranda Xəzər sahillərinin, çay və göllərin, Şəmkirdə, İmişli-Sabirabad-Saatlıda, Ağcabədidə, Beyləqanda, Şabranda, Abşeronda çay, göl və su anbarlarının tullantılar və brakonyerliklə bağlı monitorinqinin aparılması, monitorinqin nəticələrinə həsr olunmuş hesabatın nəşri və müvafiq qurumlara paylanması nəzərdə tutulur.
AzVision.az



Teqlər:





Xəbər lenti