Putin Ərdoğanla taxıl müqaviləsini müzakirə etməkdən imtina edib
Qeyd olunur ki, Kreml bu mövzuda dövlət başçıları səviyyəsində hər hansı danışıqlardan imtina etsə də, Türkiyə rəsmiləri başqa kanallar vasitəsilə dialoqun aparılmasında israrlarını davam etdirirlər.
“Düşünürəm ki, Rusiya tərəfi və xüsusən də Kreml Ərdoğanın düşüncə tərzini şübhə altına alır. Putinin xarici dövlət başçılarının telefon zənglərinə cavab verməməsi qeyri-adi haldır”, - Türkiyənin Moskvadakı səfirliyinin keçmiş baş diplomatı Gülru Gezer WSJ-yə bildirib.
Bundan əvvəl Ərdoğan Vladimir Putinin taxıl müqaviləsini uzatmasını təklif etmişdi. O, rusiyalı həmkarının avqustda Türkiyədə keçiriləcək görüşünü gözləmədən razılaşmanı müzakirə etmək üçün onunla telefon danışıqları aparacağına əmin edib.
AzVision.az
Teqlər: