Ukrayna Rusiya ilə danışıqlardan imtina etdi
"Rusların ənənəvi "danışıq sızıltısı" yenidən nümayiş etdirilir: "Bizimlə danışmaqdan imtina edirlər!" Bəli, edirlər. Çünki axmaqlıqdır", - o yazıb.
Podolyak vurğulayıb ki, beynəlxalq hüququ və qlobal təhlükəsizlik nizamını pozan Rusiyadır.
"Məhz işğalçı ölkə genişmiqyaslı, qanlı, səbəbsiz müharibə təşkil edib, digər ölkənin dinc əhalisini qanadlı raketlərlə nümayişkaranə şəkildə terrora məruz qoyub, minlərlə insanı qətlə yetirib.
"Burada nə və kiminlə danışmaq? Moskva danışıqlar istəyirsə, yol bəllidir. Ukraynanı tərk edin,
müharibə cinayətlərini etiraf edin və bu əmələrə görə cavab verin", - Podolyak əlavə edib.
Bu gün Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkəsi təhlükəsizliklə bağlı danışıqlara hazırdır, lakin Ukrayna onlardan imtina edir.
Şahanə Rəhimli
AzVision.az