İrandakı 16 su bəndi yalnız yarıya qədər doludur
Məlumata əsasən, ölkənin müxtəlif əyalətlərində inşa olunmuş 15 bəndlərin doldurma faizi hətta 50%-dən də aşağıdır. Həmçinin Sistan və Bəlucistan əyalətində “yarım quyuların” doldurulma faizi də yarıbayarıdır.
“Quraqlığın şiddəti Semnan ərazisinin 97, Əlborz ərazisinin 87,6 və Yezd vilayətinin 67,9% səviyyəsində “şiddətlidən çox şiddətliyə” qədərdir. Quraqlıqdan təsirlənən ərazilərin faizinə görə Tehran İranın quraqlıqdan zərər çəkmiş əyalətləri arasında 99,84%-lə ikinci yeri tutur. Statistikada bildirilir ki, yağışların və bəndlərin su anbarlarının azalması ilə yeraltı sulardan çəkilmə artır. Başqa sözlə desək, ölkədə torpaqların çökməsinin artacağını gözləmək lazımdır”, - məlumatda deyilir.
Bu hesabata görə, son illərdə bəzi səpələnmiş və mövsümi yağışlara baxmayaraq, İran ardıcıl olaraq üçüncü ildir ki, quraqlıq yaşayır.
Bundan əvvəl Milli Meteorologiya təşkilatı iyunun 15-də Əlborz, Yəzd və Semnan əyalətlərinin ərazisinin 100%-nin quraqlıqla üzləşdiyini açıqlamışdı.
AzVision.az