İsrailin hərbi kəşfiyyatı Netanyahunu xəbərdar etdi
“Düşmənlər, xüsusən də İran və Hizbullah təşkilatı regionda güc balansını dəyişmək üçün öz xeyrinə tarixi fürsət hiss edir. Düşmənlər 2023-cü ilin yayını İsrailin 75 illik mövcudluğunun “tarixin zəif nöqtəsi” kimi qiymətləndirdilər. İran və Hizbullah hələlik kənarda durmağa, daxili böhran nəticəsində ölkənin “içəridən çökməsinə” üstünlük verir. İsrailin çəkindirmə qabiliyyəti indiyədək dörd güclü sahəyə əsaslanır: hərbi güc, ABŞ ilə güclü əlaqələr, güclü iqtisadiyyat və daxili birlik. Amma son aylarda məhkəmə-hüquq sistemində baş verən dəyişikliklərlə bağlı ölkədə yaranan boşluq nəticəsində bu qabiliyyətin dörd tərəfi də zədələnib”, - məktubda vurğulanır.
Pilotlar da daxil olmaqla minlərlə ehtiyatda olan hərbçi məhkəmə dəyişikliklərinə etiraz edərək orduda könüllü xidməti dayandıracaqlarını bildirib. Bəzi bölmələrdə ehtiyatda olan hərbçilərin yoxluğu başlayıb.
Bu kontekstdə ordu ehtiyatda olan hərbçinin uzun müddət xidmətdən imtinasının ordunun döyüş hazırlığına xələl gətirəcəyi və bunun nəticələrinin kompensasiyasının uzun vaxt apara biləcəyi barədə xəbərdarlıq edib.
Hizbullahın baş katibi Həsən Nəsrullah bu həftəki çıxışında İsraildə etirazlar üzündən yaranan qarışıqlıq nəticəsində bir vaxtlar regional güc hesab edilən ölkənin indi içəridən dağılma yoluna qədəm qoymasından məmnunluğunu bildirib.
AzVision.az