Putin: "ABŞ, NATO və Ukrayna özləri Rusiya ilə danışıqlardan imtina edirlər"
“Bütün ziddiyyətlər danışıqlar zamanı həll edilməlidir, lakin problem ondadır ki, onlar bizimlə danışıqlardan imtina edirlər. Münaqişə ABŞ və NATO tərəfindən Rusiyanın təhlükəsizliyinə təhdidlər yaratması üzərində qurulub və onlar bir daha təkrar edirəm, hamı üçün, o cümlədən Rusiya üçün bərabər təhlükəsizliyin təmin edilməsi ilə bağlı danışıqlardan imtina edirlər. Ukraynanın özü, daha doğrusu, hazırkı Ukrayna rejimi danışıqlardan imtina edir. Bu, rəsmi olaraq elan edilib və Ukrayna prezidenti bu məsələ ilə bağlı müvafiq fərman qəbul edib, danışıqları qadağan edib”, - Putin bildirib.
O, Rusiyanın danışıqlara hazır olduğunu dəfələrlə bəyan etdiyini, lakin Moskvanın bunu məcbur edə bilməyəcəyini vurğulayıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: